Yaxın vaxtlarda Ukraynada raket və PUA-ların istehsalı əhəmiyyətli dərəcədə artırılacaq.
Bunu Prezident Volodimir Zelenski öz Teleqram səhifəsində yazıb.
O bildirib ki, bu məqsədlə əlavə vəsait ayrılması barədə qərar verilib.
Ukrayna lideri həmçinin, bir qədər əvvəl güc strukturlarının rəhbərləri ilə görüşdə cəbhə xəttindəki vəziyyətin müzakirə olunduğunu yazıb.
V. Zelenski onu da vurğulayıb ki, müdafiə naziri Rustem Umerovun məruzəsinə əsasən, əlavə briqadaların təchizatı ilə bağlı məsələlər tərəfdaşlarla müzakirə olunur.