İsrail rəhbərliyi və müdafiə ordusunun komandanlığı Təl-Əvivdə və ölkənin digər mühüm şəhərlərində əlavə xilasetmə bölmələri yerləşdirib.
“The Jerusalem Post” qəzeti xəbər verir ki, axtarış-xilasetmə qrupları və xüsusi texnika paytaxtdakı “Yad Eliyahu” stadionunda yerləşdirilib. Bu, İran tərəfindən mümkün hücuma hazırlıq məqsədi daşıyır. Yaşayış binaları vurulduğu təqdirdə həmin bölmələr dağıntıların təmizlənməsi və xilasetmə əməliyyatlarını həyata keçirəcək.
Xilasedicilərin əlavə qüvvələri Hayfa, Krayot, Eylat və digər şəhərlərə də göndərilib.
Senzor.az bildirir ki, bu arada internetdə İran televiziyasının İsrail şəhərlərindəki kameralardan canlı yayıma başladığını əks etdirən video yayılıb.