Amerikanın "Defense News" portalı 2024-cü il üçün dünyanın 100 ən böyük müdafiə və aviasiya şirkətinin adını açıqlayıb.
Modern.az-ın məlumatına görə, sıralamanın ilk 10-luğunda ABŞ-ın 6, Çinin 3, Britaniyanın 1 şirkəti var.
Dünyanın 100 ən böyük silah şirkətinin təxminən yarısı ABŞ-da yerləşir.
Son illər silah bazarında öz sözünü deyən qardaş Türkiyənin də 5 şirkəti siyahıya düşə bilib. Qeyd edək ki, ötən il Türkiyə siyahıda 4 şirkətlə təmsil olunurdu. Qardaş ölkənin ən böyük silah şirkətləri aşağıdakılardır:
ASELSAN: Keçən il siyahıda 47-ci yerdə olan ASELSAN şirkəti bu il 42-ci yerdə qərarlaşıb.
TUSAŞ: Əsasən aviasiya məhsulları istehsal edən şirkət 58-ci yerdən 50-ci yerə yüksəlib.
ROKETSAN: Raket və mərmi sahəsində ixtisaslaşan şirkət bu il 71-ci pilləyə yüksəlib.
MKE: Silah, sursat, raket istehsalı ilə məşğul olan şirkət 84-cü yeri tutub.
ASFAT: Əvvəlki siyahıda 100-cü yerdə olan şirkət bu dəfə 94-cü yerə yüksəlib.