Türkiyə İsraillə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müaciət edib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “X” hesabında yazıb.
O qeyd edib ki, Türkiyə Cənubi Afrika Respublikasının İsrailin Yaxın Şərq regionunda soyqırımı törətməsi ilə bağlı iddia ərizəsində tərəf kimi çıxış edəcək.
Xatırladaq ki, 29 dekabr 2023-cü ildə Cənubi Afrika Respublikası İsraili BMT-nin Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyasını pozmaqda ittiham edərək, Beynəlxalq Ədalət Məhkəməsində ona qarşı iddia qaldırıb.
Cənubi Afrikalı vəkillər hakimlərdən Qəzza zolağında vəziyyətin aktuallığına görə İsrailə qarşı müvəqqəti ehtiyat tədbirləri tətbiq etməyi xahiş ediblər. Dinləmələr bu il yanvarın 11-12-də Haaqada keçirilib.
Yanvarın 26-da Haaqa Beynəlxalq Ədalət Məhkəməsi, Qəzzaya edilən hücumlarla əlaqədar BMT-nin Soyqırım Konvensiyasını pozduğu üçün Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədliyyə Məhkəməsində qaldırdığı iddiada Qəzza zolağında iddia edilən soyqırımla əlaqədar İsrailə qarşı müvəqqəti tədbirlər haqqında qərarını açıqlayıb.
Hökmə əsasən, İsrail Soyqırım Konvensiyasına daxil olan hərəkətlərin qarşısını almaq üçün “bütün lazımi tədbirləri” görməli, Qəzza zolağında hərbi əməliyyatları dərhal dayandırmalı və eksklav sakinlərinə qarşı qətllər, hücumlar və dağıntılarla bağlı hər hansı hərəkətlərdən çəkinməlidir.
Martın 28-də Beynəlxalq Ədalət Məhkəməsi bir sıra əlavə tədbirlər qəbul edib, o cümlədən İsrailə humanitar yardımın Qəzza zolağına maneəsiz axınını təmin etmək üçün tədbirlər görməyə göstəriş verib.
Mayın 24-də Beynəlxalq Ədalət Məhkəməsi qərar verib ki, İsrail dərhal Rəfaha hücumları dayandırmalı və Fələstin anklavının sakinlərinə yardım göstərmək üçün Rəfah keçidini açıq saxlamalıdır.
Senzor.az