Rusiyada hərbi qeydiyyatdan imtina edən miqrantların vətəndaşlığı ləğv olunacaq - FOTO

Rusiya Prezidenti Vladimir Putin əcnəbilərin ilkin hərbi qeydiyyatdan keçmə öhdəliyini yerinə yetirməməsi səbəbilə əldə etdiyi Rusiya vətəndaşlığına xitam verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

 

TASS xəbər verir ki, qanun Rusiya vətəndaşlığını almış şəxslərin icbari ilkin hərbi qeydiyyata alınması öhdəliyini qarşıya qoyur. Öhdəliyin yerinə yetirilməməsi isə həmin şəxlərin vətəndaşlığına xitam verilməsi üçün əsas sayılır.

 

Qanun layihəsinə izahatda qeyd olunub ki, Rusiya vətəndaşlığını almış hərbi yaşda olan kişilər hərbi qeydiyyatdan keçməlidirlər. 

İmzalanan qanuna görə vətəndaşların hərbi uçota alınması və vətəndaşlıq alması prosesləri sinxronlaşdırılmış şəkildə aparılacaq.

 

Qeyd edək ki, bu məsələ Ukraynadakı müharibəyə göndərilən Rusiya vətəndaşlarının ailələrindən daxil olan narazılıqlardan sonra gündəmə gətirilib. Sakinlər müraciətlərində bu cür sosial-ictimai ayrı-seçkiliyin cəmiyyətin əhval-ruhiyyəsinə mənfi təsir etdiyini əsas gətirərək, sonradan Rusiya vətəndaşı olmuş əcnəbilərin hərbi uçota alınmasını tələb ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.