Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.
Senzor.az bildirir ki, iclasda Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, müdafiə naziri Andrey Belousov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Prezidentin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov və Prezidentin köməkçisi Nikolay Patruşev iştirak ediblər.
İclasda “terrorizmlə mübarizə” mövzusunun müzakirə edildiyi, FTX rəhbərinin məruzə ilə çıxış etdiyi bildirilir.
Senzor.az