Hakan Fidan bir daha dünyaya çağırış etdi – YENƏ İSRAİLLƏ BAĞLI
VİDEO

Türkiyənin xarici işlər naziri Hakan Fidan dünya ölkələrini İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki prosesə qoşulmağa çağırıb.

 

Bu barədə TASS məlumat yayıb.

 

“Bütün dünya İsrailə qarşı soyqırım iddiasına qoşulmalıdır. İsraili qeyd-şərtsiz dəstəkləyənlərin hamısı onun Qəzzada törətdiyi cinayətlərə ortaqdır. Qəzzada törədilən cinayətlər cəzasız qalmayacaq, gec-tez onları törədənlər cavab verməlidir”, - o bildirib.

 

Senzor.az xatırladır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan üç gün əvvəl misirli həmkarı Bədr Əbdüləti ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında da İsrail əleyhinə çıxış etmişdi. O, HƏMAS liderinin Tehranda ölüdürülməsindən danışmış və İsrailin və onun baş nazirinin ünvanına  sərt tənqidi fikirlər səsləndirmişdi. 

 

H. Fidan İsrailin bu hücumlarını “böyük təhlükə” adlandırmışdı: “Netanyahu sülh istəmir. İsmayıl Haniyənin öldürülməsi də bunun göstəricisidir. İsrail atəşkəsin əsas müzakirəçisini öldürdü. İsrailin hücumları böyük təhlükədir. Biriləri Netanyahuya “dur” deməzsə, bütün dünya bunun əvəzini ağır ödəyəcək. Qərb üç meymun rolunu oynayır. Netanyahunun yeri Konqres deyil, müttəhimlik kürsüsüdür”.

 

“İsrailin sahibləri artıq onun xaltasını əllərinə almalı, sahib çıxmalıdırlar. Regionumuz İsrailin növbəti təxribatlarına dözmək iqtidarında deyil. ABŞ-ın İsrailin etdiyi hər pisliyi ört-basdır etməyə çalışması qəbuledilməzdir. Qərb bu coğrafiyada bütün mənəvi üstünlüyünü itirib”,- deyə H. Fidan vurğulamışdı.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.