Ukraynanın İstanbuldakı konsulluğunda Krım tatarları, karaylar və kırımçakların azadlıqları müzakirə olunub.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Tədbirdə çıxış edən rəsmi şəxslər Krımda qədimdən məskunlaşan türk xalqlarının azadlıqları barədə danışıblar.
Ukraynanın İstanbuldakı baş konsolu Roman Nedilskıy deyib ki, Ukrayna öz xalqlarının azadlıqlarını dəstəkləyir və hər zaman dəstəkləyəcək: “Çünki Ukrayna onların vətənidir”.