“Paris-2024”: Sonuncu gün, 7-ci medal ümidi...

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının sonuncu günündə Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq.

 

Senzor.az bildirir ki, sərbəst güləşçimiz Maqomedxan Maqomedov bürünc medal uğrunda yarışacaq.

 

Onun rəqibi təsəlliverici qarşılaşmalardan sonra müəyyənləşəcək. Güləş yarışları saat 13:00-da start götürəcək.

 

Qeyd edək ki, Paris-2024-ün bağlanış mərasimi bu gün keçiriləcək. Yarışlarda indiyədək idmançılarımız Azərbaycanın aktivinə 6 medal yazdırmağı bacarıblar. Cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıblar. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.