Çin kommersiya daşımaları üçün ölkənin ən böyük ikimühərrikli pilotsuz təyyarəsini uğurla sınaqdan keçirib.
Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, yeni PUA-nın qanadlarının uzunluğu 16,1 metr, hündürlüyü 4,6 metr, yükgötürmə qabiliyyəti 2 isə tondur.
PUA-nın sınağı Siçuan əyalətinin Szıqun şəhərində keçirilib və cəmi 20 dəqiqə davam edib.