“Paris-2024” Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Ukrayna bayrağını soydaşımız, güləşçi Pərviz Nəsibov da daşıyacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ukrayna millisinin bayrağını soydaşımızla yanaşı avarçəkmə üzrə medal qazanmış Lüdmila Luzan da daşıyacaq.
Azərbaycan əsillı yunan-Roma güləşçisi Pərviz Nəsibov “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.