Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov 12 avqust tarixində “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında” Qərar imzalayıb.
Senzor.az bildirir ki, qərara əsasən bu gündən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılır.
Növbədənkənar sessiyanın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələlər daxildir.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi Ali Məclisin rəsmi internet saytında (https://alimajlis.gov.az/) yerləşdirilərək ictimai müzakirəyə çıxarılıb.