Tramp Bayden, Harris, Putin və müharibələr haqda... – İŞ ADAMI İLƏ SİYASƏTÇİNİN SÖHBƏTİNDƏN ƏSAS MƏQAMLAR
VİDEO

ABŞ-ın keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp amerikalı milyarder İlon Maska müsahibə verib.

 

Senzor.az xatırladır ki, müsahibənin yayımlanması planlaşdırılan “X” platformasında texniki problemlər baş verib.

 

Mask məsələ ilə bağlı açıqlamasında bildirib ki, problem DDOS hücumlarından (kiberhücum) qaynaqlanıb. Bununla da, müsahibə planlaşdırılan vaxtdan təxminən 45 dəqiqə gec yayımlanmağa başlayıb. Onların söhbəti keçmiş prezidentin iyulun 13-də Pensilvaniya ştatındakı mitinqində sui-qəsd cəhdindən necə sağ çıxdığını danışması ilə başlayıb.

 

Respublikaçılar Partiyasından prezidentliyə namizəd sonra Ukrayna münaqişəsinə, nüvə müharibəsi təhlükəsinə, həmçinin Vaşinqtonun Moskva və Pekin ilə münasibətlərinə toxunub.

 

Prezidentliyi dövründə Vladimir Putinlə çox yaxşı münasibətlər qurduğunu deyən Ağ Evin sabiq rəhbəri bildirib ki, Rusiya Prezidenti ona hörmətlə yanaşırdı.

 

Donald Trampın sözlərinə görə, Ukraynada münaqişənin başlamasına səbəb hazırkı Prezident Co Bayden administrasiyasının “axmaq hərəkətləri” olub. 

 

O, münaqişənin nüvə qarşıdurması səviyyəsinə yüksəldilməsi məsələsinə də diqqət çəkib. Trampın sözlərinə görə, dünya ictimaiyyəti qlobal istiləşmə problemindən daha çox narahatdır, lakin onun fikrincə, “nüvə istiləşməsi” bəşəriyyət üçün daha böyük təhlükə yaradır.

 

Sabiq prezident, həmçinin vurğulayıb ki, artıq Rusiya və Çin ABŞ-a hörmət etmir. Eləcə də Çinin Birləşmiş Ştatlar üçün təhlükəsi böyük ölçüdə şişirdilib, ABŞ-ın üzləşdiyi problemlər öz daxilində axtarılmalıdır.

 

“Bir çox hallarda ölkə daxilindəki insanlar dövlətimiz üçün ruslardan, çinlilərdən daha təhlükəlidir. Əgər vəzifədə ağıllı prezident olarsa, o zaman onlarla problem olmayacaq”, - deyə Tramp əlavə edib. 

 

O, həmçinin Rusiya Prezidenti Vladimir Putini və Çin lideri Si Cinpini yüksək qiymətləndirərək, onları öz sahələrində ən yaxşıların ən yaxşısı adlandırıb.

 

Qeyd edək ki, müsahibəyə “X” sosial şəbəkəsində bir milyarda yaxın baxış olub.


Senzor.az müsahibənin əsas məqamları ilə bağlı şərhi təqdim edir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.