Rusiyanın paytaxtı Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib.
Senzor.az bildirir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb.
Məlumata görə, Moskva vilayətində diversiya qruplarının mümkün təxribatı nəzarət altındadır. Polisə onların silahlarını ələ keçirmək cəhdləri barədə xəbərdarlıq edilib.
Xüsusi təyinatlı polis alayı operativ reaksiya tələb olunduğu halda yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.