Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gələcək.
Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, səfər 18-19 avqustda baş tutacaq.
Səfər çərçivəsində Rusiya lideri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Danışıqlarda ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişafı məsələləri, habelə aktual regional və qlobal problemlərlə bağlı müzakirələr aparılacaq.
Səfərin yekunları üzrə dövlət başçılarının Birgə Bəyanatının qəbulu, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.