Bayden Harrislə mitinqdə iştirak etdi
NAMİZƏDLİKDƏN İMTİNA ETDİKDƏN SONRA İLK DƏFƏ

ABŞ Prezidenti Co Bayden prezidentlik yarışından geri çəkildikdən sonra ilk dəfə Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrislə seçki mitinqinə qatılaraq seçicilərə birlik mesajı verib.

 

APA xəbər verir ki, Bayden və vitse-prezident Kamala Harris Merilend ştatında keçirilən mitinqdə birlikdə səhnəyə çıxaraq hökumətin dərmanların qiymətlərini aşağı salmaq üçün şirkətlərlə razılaşdığını ictimaiyyətə elan ediblər.

 

İzdiham tərəfindən qarşılanan cütlük seçicilərə birlik mesajı verib, Bayden isə Harrisin çox uğurlu prezidentlik edəcəyini bildirib.

 

Harrislə təkcə dərman qiymətlərində deyil, digər iqtisadi mövzularda da çox çalışdıqlarını deyən Bayden, Harrisin seçkilərdə qalib gəldikdən sonra da bu xidmətləri davam etdirəcəyinə inandığını bildirib.

 

Baydenə verdiyi dəstəyə görə təşəkkür edən Harris isə öz növbəsində çox uğurlu iş gördüklərini və dərman qiymətləri ilə bağlı bu yeni razılaşmanın memarının Bayden olduğunu deyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.