Bakı Rusiya və Ukrayna arasında sülh danışıqları üçün ideal yer ola bilər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, Azərbaycandakı mühit buranı sülh danışıqları üçün cəlbedici məkan edə bilər: “Həqiqətən neytral ölkə, həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri, rusdilli mühiti, yaxşı infrastrukturu, yaxın uçuş məsafəsi, beynəlxalq forumların keçirilməsində böyük təcrübəsi var. Prezidenti ağıllı, və təcrübəli diplomatdır”.