Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə məlumatı Türkiyə XİN-in mətbuat katibi Öncü Keçeli öz “X” hesabında paylaşıb.
Onun sözlərinə görə, söhbət qarşı tərəfin istəyi əsasında baş tutub.
Tərəflər telefon danışığı zamanı HƏMAS və İsrail arasında atəşkəslə bağlı müzakirələrin son vəziyyətini və bölgədəki hadisələri müzakirə ediblər.