İran parlamenti Prezident Məsud Pezeşkianın təklif etdiyi bütün nazirləri təsdiqləyib.
Modern.az-ın məlumatına görə, parlamentin əksəriyyəti bütün nazirlərin lehinə səs verib.
M.Pezeşkian parlamentdə çıxışı zamanı bildirib ki, İranın Ali Lideri Əli Xamenei və ölkənin kəşfiyyat orqanları artıq siyahıya razılıq veriblər.
Qeyd edək ki, Nazirlər Kabinetinin üzvlərinin orta yaşı 59 il 7 aydır. Nazirlər Kabinetinin üzvləri aşağıdakılardır:
Xarici işlər naziri - Seyid Abbas Araqçi
Müdafiə, logistika və silahlı qüvvələr naziri - Əmir Əziz Nəsirzadə
Təhsil naziri - Əlirza Kazemi
Əlaqələr və informasiya texnologiyaları naziri - Səttar Haşemi
ETTELAAT naziri - Seyid İsmayıl Xatib
İqtisadiyyat və maliyyə naziri - Abdul Naser Himmeti
Səhiyyə, müalicə və tibbi təhsil naziri - Məhəmmədreza Zəfərqandi
Əmək və sosial təminat naziri - Əhməd Midari
Kənd təsərrüfatı naziri - Qulamrza Nuri
Ədliyyə naziri - Amin Hüseyn Rəhimi
Yol və şəhərsalma naziri - Fərzanə Sadeq Malvacard
Sənaye, dağ mədən hasilatı və ticarət naziri - Məhəmməd Atabek
Elm, araşdırma və texnologiya naziri - Hüseyn Simai Saraf
Mədəniyyət və islam irşad naziri - Seyid Abbas Salehi
Daxili işlər naziri - İsgəndər Mömini
Mədəni irs və turizm naziri - Məhəmməd Reza Salehi Amiri
Neft naziri - Möhsün Pahnejad
Energetika naziri - Abbas Əliabadi
İdman və gənclik naziri - Əhməd Dünyamalı
Güney Azərbaycandan olan soydaşlarımızın sosial şəbəkələrdə paylaşdığı məlumatlarına görə, Məsud Pezeşkianın Nazirlər Kabinetində 3 nəfər azərbaycanlı da yer alıb. Bunlar Abdul Nasser Himmeti, Qulamrza Nuri və Əmir Əziz Nəsirzadədir.
Seyid Abbas Əraqçi, Seyid Abbas Salehi, Abdul Naser Hemmati, Seyid Reza Amiri və Hüseyn Simai Saraf islahatçı sayılan prezident Həsən Ruhani hökumətində, Amin Hüseyn Rəhimi, Abbas Əliabadi və Seyid İsmayıl Xətib həlak olmuş prezident İbrahim Rəisinin başçılıq etdiyi Nazirlər Kabinetində müxtəlif vəzifələr tutublar.
Seyid Səttar Haşemi və Fərzanə Sadek 47 yaşla hökumətin ən gənc, 66 yaşlı Naser Hemmati isə hökumətin ən yaşlı üzvləridirlər.