ABŞ prezidentliyinə namizəd Donald Tramp snayper hücumundan sonra ilk dəfə açıq havada ictimaiyyət qarşısına çıxıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Şimali Karolina ştatında Aşerboro aviasiya muzeyinin həyətində qurulmuş tribuna güllə keçirməyən şüşə ilə əhatələnib. Ətrafdakı binaların üzərinə isə snayperlər və xüsusi xidmət orqanlarının əməkdaşları yerləşdirilib.
İyulun 13-də olan hücumdan sonra ABŞ kəşfiyyatı Trampa açıq havada tədbirləri dayandırmağı tövsiyə etsə də, prezidentliyə namizəd bu təklifi qəbul etməyib.