Ukrayna Rusiyanın "Qafqaz" limanını vurdu: GÜCLÜ PARTLAYIŞ VƏ YANĞIN...
VİDEO

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar şəhərində Taman yarımadasındakı “Qafqaz” limanına raket zərbəsi endirib.

 

Senzor.az Rusiya mediasına istinadən bildirir ki, “Neptun” raketləri onlarla yanacaq çəni olan bərəni vurub və genişmiqyaslı yanğın başlayıb. 

 

Ruslar Kerç körpüsünü bağlayaraq Sevastopolda dəniz sərnişin nəqliyyatının hərəkətini dayandırıblar.

 

Məlumata görə, raket hücumu zamanı ərazidə 30-dan çox yanacaq çəni olub. Ərazidə 3-cü dərəcəli yanğın təhlükəsi elan edilib.

 

...Ukrayna Silahlı Qüvvələrinin “Qafqaz” limanına hücumundan sonra 15 nəfər itkin düşüb.

 

“RİA Novosti” xəbər verir ki, onların hamısı vurulan “Conroe Trader” yanacaq çəni bərəsinin ekipaj üzvləridir.

 

Qeyd olunub ki, zərbədən sonra yanğın başlayıb və bərə batıb. Limanın özündə yanğın olmayıb.

 

Son məlumata görə, Krasnodar vilayətinin qubernatoru “Qafqaz” limanında batmış bərənin dənizə çıxmış dörd ekipaj üzvünün xilas edildiyini bildirib. O, komandanın digər üzvlərinin də tapılması üçün işlər görüldüyünü açıqlayıb.

 

Xatırladaq ki, “Qafqaz” Rusiyanın Qara dəniz-Azov hövzəsində Novorossiyskdən sonra ikinci böyük limanıdır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.