Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra reqlamentə uyğun olaraq kəmərin doldurulması başa çatdırılıb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilir ki, bu gün səhər saatlarından şəhərin su təchizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin edilib. Artıq anbarların doldurulması prosesi yekunlaşır və paralel olaraq əhali su ilə təmin olunmaqdadır. Su ərazilərə mərhələli şəkildə çatmaqdadır.
**23:21 (23.08.2024)
Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulması müvəffəqiyyətlə başa çatdırılır.
Senzor.az bildirir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, avqustun 24-ü səhər saatlarında şəhərin su təchizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin ediləcək.