ABŞ yaxın vaxtlarda Ukraynaya “F-16” qırıcıları verməyi planlaşdırmır.
Bunu ABŞ Hərbi Hava Qüvvələri komandanı Frenk Kendall “Helsingin Sanomat” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukraynanın təcili ehtiyacları Danimarka və Niderland kimi NATO ölkələrinin yardımı hesabına ödəniləcək.
“Birləşmiş Ştatlar tərəfdaşlarımızla birlikdə pilotların hazırlanmasına kömək edir və gələn il təlimlərdə mühüm irəliləyiş əldə olunacaq”, - F.Kendall bildirib.