Ötən gün axşam saatlarında “Teleqram”ın təsisçisi və baş direktoru Pavel Durov Fransanın paytaxtı Parisin "Le Burje" hava limanında saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə TF1 telekanalı məlumat yayıb.
Kanal Durovun Azərbaycandan gəldiyini və federal axtarışa verildiyini iddia edib. Onun barəsində Fransada axtarış qərarı çıxarıldığı iddia olunur.
39 yaşlı sahibkarı mühafizəçisi və bir qadın müşayiət edib.
Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər. Onu 20 ilə qədər həbs gözləyir.
TF1-in həmsöhbətinin sözlərinə görə, Durov barəsində həbs qərarı yalnız Fransada keçərli olub. Mənbə iddia edir ki, iş adamı ölkədə “persona non-qrata” elan olunduğunu bilirmiş. “Bu gün səhv etdi. Səbəbləri bizə məlum deyil”, - deyə o qeyd edib.
Xarici Teleqram kanalları yazırlar ki, Fransa hakimiyyəti Pavel Durovun Kremllə qarşılıqlı əlaqəsini öyrənmək istəyir. Durov həmçinin Fransa prezidenti Emmanuel Makronun messenceri vasitəsilə telefonların dinlənilməsi şübhələri ilə bağlı da dindirilməlidir...
Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustunda isə Fransa vətəndaşlığını alıb.
Senzor.az