Türkiyə kəşfiyyatı PKK-nın daha bir təhlükəli terrorçusunu zərərsizləşdirdi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı şəhərində PKK-nın liderlərindən olan, “Tekin Guyi” ləqəbli, Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan terrorçu Əbdülhəmid Kaparı zərərsizləşdirib.

 

Bu barədə "Anadolu" agentliyi təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, Türkiyənin xüsusi xidmət orqanları cinayətkar təşkilatının sıralarında maddi-texniki təminat və maliyyələşdirməyə cavabdeh olan terrorçu Kaparın uzunmüddətli müşahidədən sonra məhvi üçün əməliyyat təşkil edib.

 

Kapar PKK-ya 1992-ci ildə qoşulub. Uzun illər İraqda təşkilatın sıralarında “xidmət edib”, 2018-ci ildə Suriyaya köçüb. O, 1992-ci ildə Türkiyənin Şırnak vilayətinin Uludere bölgəsində türk jandarmına qarşı, təhlükəsizlik qüvvələrinin 26 əməkdaşının həyatını itirdiyi, daha ikisinin isə qaçırıldığı hücumun təşkilatçısı olub.

 

PKK Türkiyəyə qarşı apardığı terror fəaliyyəti ərzində qadın, uşaq və körpələr də daxil olmaqla 40 mindən çox insanın ölümünə görə məsuliyyət daşıyır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.