Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü nəzərdə tutulub.
**14:41(26.08.2024)
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Səfər sabah gerçəkləşdiriləcək.
Səfər zamanı Azərbaycan-Türkiyə əlaqələri ilə yanaşı regional və beynəlxalq məsələlərin də müzakirəsi nəzərdə tutulur.