Ceyhun Bayramov: Azərbaycan-Türkiyə birliyi bölgəyə sülh, əmin-amanlıq və sabitlik gətirəcək

Azərbaycan ilə Türkiyənin mövqeyi vahiddir, birdir. Qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimiz davam edəcək. Ölkələrimizin bu siyasəti bölgəmizə sülh, əmin-amanlıq və sabitlik gətirəcək.

 

Senzor.az bildirir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

 

Ermənistanla danışıqlar prosesinə nəzər salan Azərbaycanın XİN başçısı bildirib ki, sülh prosesinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistanın konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı olan ərazi iddialarıdır.

 

Nazir son zamanlar regionda müşahidə olunan narahatedici tendensiyaya da nəzər salıb: “Ermənistan surətlə silahlanır və bu prosesə töhfə verən üçüncü ölkələr var. Bu çox yanlış siyasət bölgəmiz üçün əlavə təhdid mənbəyidir”.

 

Ceyhun Bayramov vurğulayıb ki, rəsmi Bakı bütün prosesləri diqqətlə izləyir və addımlarını Türkiyə ilə koordinasiya edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.