Azərbaycanda ümumilikdə 2000-ə yaxın qaçqın və sığınacaq axtaran şəxs məskunlaşıb.
"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin rəis müavini Elmar Mürsəliyev "Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminarda deyib.
O bildirib ki, bu statistikada ən çox yeri İran və Əfqanıstan vətəndaşları təşkil edir. Növbəti yerləri isə digər ölkələrin vətəndaşları tutur.