“31 avqust sükut günüdür. Susmaq günü. Amma biz bu gün yalnız Mərkəzi Seçki Komissiyasının tələb etdiyinə, Seçki qanununa görə susmamalıyıq. Yalnız millət vəkilliyinə namizədlərin reklam riski ola bilər deyə danışmamalı deyiik. Biz həm də və daha çox ona görə susmalıyıq ki, seçki ərəfəsində bir düşünmək günü əldə etmişik. 31 avqust dövlət suverenliyini, ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın hüzurunda, bu ölkə, bu xalq mövzusunda bir Milli Düşüncə günü, Ümumxalq Fikrə dalmaq zamanıdır. Biz 31 avqust haqqında 31 dekabr haqqında düşündüyümüz tək fikirləşməliyik. Milli həmrəyliyimizi nümayiş etdirməyin daha bir fürsəti kimi”.
Senzor.az bildirir ki, Real Təhlil-İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev müəllifi və aparıcısı olduğu populyar “Mir Şahinin vaxtı” proqramının bir az əvvəl efirə gedən növbəti buraxılışına bu sözlərlə başlayır.
Bəs tanınmış jurnalist nələr barədə susmağı və nələr barədə düşünməyi təklif edir?
Bütün suallara cavablar “Mir Şahinin vaxtı”nda. Mütləq baxın...