2024-cü ilin yanvar-iyul aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 124 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 27 şirkət azdır.
Bu barədə TurkicWorld məlumat yayıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 72 milyon 714 min 500 türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 152 milyon 703 min türk lirəsi təşkil edib”, – deyə məlumatda bildirilib.
O da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyul ayında Azərbaycan şirkətlərinin əksəriyyəti (107) İstanbulda qeydiyyata alınıb: “İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 65 milyon 969 min 500 türk lirəsi təşkil edib”.
Məlumatda həmçinin vurğulanıb ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 66 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.(Trend)