Naxçıvanda Milli Məclisə və MR Ali Məclisinə seçkilərdə səsvermə başlayıb - FOTO

Naxçıvan Muxtar Respublikasında da növbədənkənar parlament seçkilərinə start verilib. Muxtar respublikada seçkilər Milli Məclisə 6, Ali Məclisə isə 45 dairə üzrə keçirilir.

 

Senzor.az bildirir ki, saat 08:00-da muxtar respublikada 45 seçki dairəsi üzrə 331 seçki məntəqəsi açılıb.

 

Sakinlər saat 19:00-a qədər səsvermədə iştirak edə biləcəklər.

 

Qeyd edək ki,Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 45 seçki dairəsi üzrə 331 seçki məntəqəsində keçiriləcək. Muxtar respublika üzrə ümumi seçicilərin sayı 288 356 nəfərdir. Seçki günü 18 yaşı tamam olan seçicilərin muxtar respublika üzrə sayı 31, seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı isə 3 891 nəfərdir.

 

Muxtar respublikada yaşı 100-dən artıq olan seçicilərin sayı 5 nəfərdir və ən yaşlı seçici 1920-ci il təvəllüdlü Hüseynəliyeva Şərəf Muxtar qızının 104 yaşı var. O, 15 saylı Qıvraq seçki dairəsinin 1 saylı Qıvraq məntəqəsində qeydiyyatdadır.

 

Ali Məclisə seçkilərdə deputat mandatı uğrunda 187 nəfər namizəd mübarizə aparacaq. Onlardan 41 nəfəri qadındır. Ali Məclisə seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 452 nəfər akkreditasiyadan keçib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.