ABŞ Konqresi tərəfindən maliyyələşən "Azadlıq Radiosu" Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ictimai rəyi manipulyasiya etməyə yönəlmiş materiallar yayımlamaqdadır.
Senzor.az bildirir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında belə deyilir.
Agentlik təəssüflə bildiririb ki, bu məlumatlar “jurnalist qeydləri” başlığı altında paylaşılır: "Qeyd edək ki, qanunvericiliyin tələbinə uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmiş bütün xarici media subyektlərinin seçkiləri işıqlandırmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciətinə müsbət cavab verilib. Lakin “Azadlıq Radiosu”nun bununla bağlı hər hansı müraciəti olmayıb. “Azadlıq Radiosu”nun mənbəyi bilinməyən, qərəzli məlumatları anonim “jurnalist qeydi” altında paylaşması jurnalist adından sui-istifadə halıdır və birmənalı olaraq media etikası prinsiplərinə ziddir. Qeyd olunanlar fonunda medianın manipulyasiya metodu ilə ictimai rəyi çaşdırmaq cəhdlərini yolverilməz hesab edir və qınayırıq".