Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 1-də Gürcüstana rəsmi səfərə gedib.
Senzor.az bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər Gürcüstan tərəfinin dəvəti ilə baş tutub.
Xatırladaq ki, iyulun 12-də Gürcüstanın müdafiə naziri İrakli Çikovani Ermənistana rəsmi səfər edib. Sonra Ermənistan və Gürcüstanın müdafiə nazirləri 2024-cü il üçün əməkdaşlıq planı imzalayıblar.