Məsud Pezeşkian İran Prezidenti kimi ilk səfərini Məşhəd şəhərinə edib.
Bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, səfərdə onu strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərif və xarici işlər naziri Abbas Əraqçi müşayiət edirlər.
Qeyd olunub ki, M.Pezeşkianın səfəri İmam Rzanın vəfatı ərəfəsinə təsadüf edir. O, Məşhəd səfəri zamanı İmam Rza əzadarlarının toplantısında iştirak edəcək, iqtisadi fəallarla görüş keçirəcək.