Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı sentyabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan Şuşa şəhərinə yola salınıb.
Senzor.az bildirir ki, bu mərhələdə Şuşa şəhərinə 27 ailə - 91 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 204 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib.