Zelenski yeni sülh planından danışdı
“ƏVVƏLCƏ BAYDENLƏ MÜZAKİRƏ EDƏCƏYİK”

"Sülh ilə bağlı plan əvvəlcə Ukraynanı, əsasən silah-sursat baxımından ciddi şəkildə gücləndirməlidir. Hələlik dövlət başçısı ABŞ Prezidenti Cozef Baydenlə bunu müzakirə edirik".

 

Ukrayna Prezidenti Volodimir Zelenski bunu bu gün Kiyevdə "Krım Platforması"nın növbəti sammitinin yekunu ilə bağlı Latviya, Litva və Xorvatiya liderləri ilə birgə mətbuat konfransında deyib.

 

Zelenski qeyd edib ki, növbəti Sülh Sammitindən əvvəl hazırlanmalı və təqdim edilməli olan sülh planı müharibəni dayandırmaq üçün Rusiya Federasiyasına təsir etməlidir: "Mən qələbə planı ilə bağlı ardıcıl olacağam. Əvvəlcə bunu ABŞ Prezidenti Cozef Baydenlə müzakirə edəcəyik. Bizim sülh, qələbə planımız əsasən ABŞ-ın, həm də digər tərəfdaşların dəstəyindən asılıdır".

 

Ukrayna Prezidenti vurğulayıb ki, Rusiyanı müharibəni diplomatik yolla bitirməyə razı salmaq üçün Sülh Sammitinə qədər bu plan təqdim edilməlidir.

 

Qeyd edək ki, növbəti Sülh Sammiti noyabrda Braziliyada keçiriləcək.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.