Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Senzor.az bildirir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Söhbət zamanı Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər müzakirə edilib, həmçinin Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq mövzularına toxunulub.
Qeyd edək ki, Overçukla birgə İrəvana xarici işlər nazirinin müavini Mixail Qaluzin də gəlib.