Jurnalist İradə Zeynalova Rusiyanın Mavriki Respublikasına səfiri təyin edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.
“İradə Aftandil qızı Zeynalova Rusiyanın Mavriki Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - fərmanda vurğulanıb.
Digər fərmanla Konstantin Klimovski tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, İradə Zeynalova 1972-ci ildə Moskvada anadan olub. Onun atası azərbaycanlı, anası milliyətcə rusdur. Uzun illər Rusiya mediasında aparıcı və jurnalist olaraq çalışan İ.Zeynalova 2022-ci ildə Rusiya XİN-in Diplomatiya akademiyasında təhsil aldığını açıqlayıb. O, cari ilin may ayında akademiyadan məzun olub.