Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ankarada HƏMAS Siyasi Büro liderləri ilə görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüş zamanı İsrail və Fələstin arasında atəşkəs danışıqlarındakı son vəziyyət və məhbus mübadiləsi kimi məsələlər müzakirə edilib.
Görüşdə İsrailin qırğınlara səbəb olan hücumlarını davam etdirməsindən narahatlıq da ifadə olunub.
O da vurğulanıb ki, Milli Kəşfiyyat Təşkilatı prosesin əvvəlindən atəşkəsi təmin etmək üçün tərəflər və bütün aidiyyəti qurumlarla əlaqə saxlamağa davam edir.
Başqa sözlə, MİT bu prosesdə mühüm rol oynayır və HƏMAS-ın yüksək rəhbərliyi, İsrail, Misir, Qətər və ABŞ başda olmaqla bütün aktorlarla sıx diplomatiya aparır.