Müdafiə nazirinin müavini 11-ci Pekin Syanşan Forumunda iştirak edib
FOTO

Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti 11-ci Pekin Syanşan Forumunda iştirak etmək üçün Çinə işgüzar səfər edib.

 

Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, əvvəlcə Azərbaycanın Çindəki səfirliyində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

 

Sonra Azərbaycan nümayəndə heyəti 11-ci Pekin Syanşan Forumunda iştirak edib.

 

A.Qurbanov dünyanın 100-dən çox ölkəsinin nazir və digər səviyyədə rəsmiləri, region və beynəlxalq təşkilatlardan rəsmi nümayəndə heyətlərinin iştirak etdiyi forum zamanı Çinin milli müdafiə naziri admiral Donq Jun ilə görüşüb. Baş direktor foruma dəvətə görə minnətdarlığını bildirib.

 

Çinə işgüzar səfər çərçivəsində baş direktor, həmçinin Mərkəzi Hərbi Şuranın Silah, Hərbi Texnika və Texnologiya üzrə Əməkdaşlıq İdarə rəisi və Dövlət Müdafiə Sənayesi Kompleksinə daxil olan bir sıra şirkətləri ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.