Şahin Mustafayev Moskvada Aleksey Overçukla görüşüb

Moskvada Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçirilib.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat verilib.

 

“Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında 2024-cü il avqustun 19-da Bakıda keçirilən danışıqlarda əldə olunmuş razılaşmaların davamı olaraq, komissiyanın həmsədrləri ikitərəfli ticari-iqtisadi və elmi-texniki əməkdaşlığın cari vəziyyətini müzakirə ediblər”, - məlumatda deyilir.

 

Əsasən, nəqliyyat, təhsil, ətraf mühitin mühafizəsi sahələrində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.

 

Qeyd olunur ki, A.Overçuk və Ş.Mustafayev bütün sahələrdə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.