Fransa sakinlərinin dörddə üçü ölkə prezidenti Emmanuel Makrondan narazıdır.
Senzor.az bildirir ki, “Ifop”un “Journal du Dimanche” qəzeti üçün keçirdiyi sorğunun nəticələrindən belə qənaət hasil olur.
Nəşr vurğulayıb ki, 2018-ci ilin dekabrında “Sarı jiletlilər” böhranının pik nöqtəsində Zəfər tağı talan edildikdən sonra prezidentin populyarlıq reytinqi 25%-ə düşməmiş və ya imtina reytinqi 75%-ə yüksəlməmişdi.
“Journal du Dimanche” yazır ki, Makron əsasən “onu korlayan qeyri-mütənasib eqosunda” və parlamentin “dağıdılması fiaskosunda” günahlandırılır.
Sorğu, həmçinin, fransızların 55%-nin baş nazir Mişel Barnyedən narazı olduğunu göstərir; lakin onun hökumətinin indiyə qədər heç bir tədbir görmədiyi bildirilir.
Sentyabrın 11-dən 20-dək aparılan sorğuda 2 098 nəfər iştirak edib.