Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski, Ermənistan Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkianla danışıqlar aparacaq.
Bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb.
Məlumata görə, Ərdoğanın Almaniya kansleri Olaf Şolts və Serbiya Prezidenti Aleksandr Vuçiçlə də görüşü gözlənilir.
Qeyd edək ki, sonuncu dəfə Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyan bu il yayın əvvəlində telefonla danışıblar.