Odessada Rusiya hərbi kəşfiyyatının əməliyyat-döyüş dəstəsi zərərsizləşdirildi - YERLİ HAKİMİYYƏTİ ƏLƏ KEÇİRMƏYƏ HAZIRLAŞIRMIŞ...
VİDEO

Odessada hakimiyyəti ələ keçirməyə hazırlaşan Rusiya xüsusi xidmət orqanlarının dəstəsi ifşa olunub

 

Ukrayna Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyatı və Dövlət Təhqiqat Bürosu Odessada Rusiya hərbi kəşfiyyatının əməliyyat-döyüş dəstəsini zərərsizləşdirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti sosial şəbəkələrdə məlumat yayıb.

 

Məlumata görə, Rusiya Federasiyası Baş Qərargahının Baş İdarəsinin döyüş dəstəsi Odessa vilayətində dövlət qurumlarını güc yolu ilə ələ keçirməyə hazırlaşırmış. 70-dən çox odlu silah, zirehli geyim, dəbilqə, ballistik eynəklər və digər taktiki avadanlıqlar müsadirə edilib.

 

Qeyd olunub ki, dəstənin rezidenti müvəqqəti olaraq işğal olunmuş Krımın sonradan Odessaya köçən 49 yaşlı sakini olub. Müharibənin əvvəlində o, bir neçə ictimai təşkilat adı altında döyüş dəstələri yaratmağa başlayıb.

 

Ümumilikdə dəstə 20-dən çox insanı öz sıralarına cəlb edib. Onlarla bağlı təhqiqat aparılır və məsuliyyətə cəlb olunmaları istiqamətində kompleks tədbirlər davam etdirilir.


Daha ətraflı videomaterialda:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.