Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya liderləri ilə danışıqları davam etdirir.
Senzor.az bildirir ki, bu gün o, İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Türkiyə dövlət başçısı ilə İran Prezidenti arasında görüş Nyu-Yorkdakı Türk Evində keçirilib. Binanın girişində Pezeşkianı Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın qarşılayıb.
Prezidentlərin görüşü mətbuata qapalı keçirilib.