Bakıda Beynəlxalq Kiberdiplomatiya Konfransı işə başlayıb.
Senzor.az-ın məlumatına görə, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə çoxsaylı yerli və xarici qonaqlar iştirak edir.
Tədbirin açılışında çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev ölkəmizin bu konfransa ev sahibliyi etməsini Azərbaycanın qlobal aləmdə artan nüfuzu ilə izah edib.
Tədbirdə Milli Məclisin sədr müavini Ziyafət Əsgərov da çıxış edib. O, müasir dünyanın ən vacib məsələlərindən birinin kiberdiplomatiya olduğunu qeyd edərək, bu sahədə hazırda ölkədə önəmli işlər görüldüyünü bildirib.
Z.Əsgərov bugünkü müzakirələrin hər kəs üçün önəmli olacağını qeyd edib.
Tədbir digər qonaqların çıxışları ilə davam edir.