İran və Fransa prezidentləri Məsud Pezeşkian və Emmanuel Makron Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşüblər.
Senzor.az bildirir ki, bu barədə İran mediası yazıb.
Bildirilib ki, Makron Pezeşkianı Livanda artan gərginliyi azaltmaq üçün “Hizbullah”a öz təsirindən istifadə etməyə çağırıb.
İran Prezidenti isə sionist rejimin cinayətləri haqda danışaraq, Fransanın onların qarşısını almaqda rol oynaya biləcəyini vurğulayıb. Pezeşkianın fikrincə, İsrailin hərəkətləri vəziyyəti nəzarətdən çıxara bilər.