Türkiyənin müxtəlif hərbi birliklərinin iştirakı ilə terrorçulara qarşı "Gürz-17" əməliyyatı keçirilib.
Senzor.az bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" hesabında paylaşım edib.
O bildirib ki, əməliyyat nəticəsində terrorçuların gizləndiyi 71 mağara və sığınacaq aşkar edilərək dağıdılıb.
Terrorçular həmin sığınacaqlarda çoxlu sayda silah-sursat saxlayıblar.
A.Yerlikaya terrorçulara qarşı mübarizənin davam edəcəyini bildirib.