Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Nyu-Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Senzor.az “RBC-Ukrayna”ya istinadən bildirir ki, onlar danışıqları "Trump Tower"də aparıblar.
D.Tramp Rusiya ilə münaqişədə sülhə nail olunmasının vacibliyini müzakirə etmək niyyətində olduğunu bildirib.
“Gəlin sülhə nail olaq. Bizə sülh lazımdır! Biz ölümlərin və dağıntıların qabağını almalıyıq”, - eks-prezident qeyd edib.
Öz növbəsində, V.Zelenski Ukraynada müharibənin dayandırılmasının vacibliyi məsələsində D.Trampla baxışlarının üst-üstə düşdüyünü diqqətə çatdırıb.
D.Tramp deyib ki, seçkidə qalib gəlsə, Ukraynadakı münaqişəni andiçmə mərasimindən əvvəl həll edəcək.
"Sizinlə yaxşı münasibətlərimiz var. Rusiya Prezidenti Vladimir Putinlə də yaxşı münasibətlərim var. Düşünürəm ki, seçkilərdə qalib gəlsəm, o zaman prezident vəzifəsinə başlamazdan əvvəl hər iki tərəfə uyğun bir həll yolu tapa biləcəyik”, - Tramp qeyd edib.