Həsən Nəsrullahın öldürüldüyünü "Hizbullah" da təsdiqlədi - YENİLƏNİB, VİDEO


Şeyx Həsən Nəsrullahın öldürüldüyünü "Hizbullah" da rəsmən təsdiqləyib.

 

Senzor.az bildirir ki, bununla bağlı "Hizbullah" bəyanat yayıb.

 

Bəyanatda həmçinin bildirilib ki, "Hizbullah" İsraila qarşı mübarizəni davam etdirəcək.

 

Qeyd edək ki, əvvəl yayılmış məlumatlarda Həsən Nəsrullahın İsrailin dünən Livanın paytaxtı Beyrutu bombalaması nəticəsində öldürüldüyü bildirilmişdi.

 

Bombardmanda Nəsrullahın qızı Zeynəbin və "Hizbullah"ın daha bir neçə yüksək vəzifəli üzvünün öldürüldüyü də vurğulanmışdı.

 

Xatırladaq ki, Həsən Nəsrullah "Hizbullah"a 1992-ci ildən rəhbərlik edirdi.




**12:06


İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyruta endirdiyi aviazərbə nəticəsində bu ölkədə fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatının lideri Həsən Nəsrullah ölüb.

 

Senzor.az bildirir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

 

Qruplaşmanın digər rəhbərlərinin, o cümlədən "Cənub cəbhəsi" adlı bölmənin komandiri Əli Qəraçinin də öldüyü bildirilir.

 

Qeyd edək ki, “Hizbullah”dan təşkilat liderinin ölümü ilə bağlı heç bir təsdiqləyici məlumat yoxdur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.